Elektron ticarətlə məşğul olanlara Azərbaycan Beynəlxalq Bankından dəstək
05 fevral 2021 17:46 (UTC +04:00)

Elektron ticarətlə məşğul olanlara Azərbaycan Beynəlxalq Bankından dəstək

Elektron ticarətini quran, eləcə də Azərbaycan Beynəlxalq Bankının digər nağdsız ödəniş imkanlarından faydalanan sahibkarların işini asanlaşdırmaq, bizneslərinin inkişafına dəstək olmaq məqsədilə Bank yeni kredit məhsulunu onlara təqdim edib. “E-COM və E-POS Terminal kredit xətti” adlanan kreditdən Bankın POS-terminal, Smart kassa və E-commerce sisteminin bütün istifadəçiləri faydalana bilərlər.

Bu kreditin əsas üstünlükləri sərfəli faizləri, rəsmiləşdirmə prosesinin maksimum rahatlığı və operativliyidir. Kreditin rəsmiləşdirilməsi zamanı əlavə maliyyə təhlilinə ehtiyac qalmır. Sahibkarlar ehtiyac duyduqları maliyyə vəsaitini qısa zamanda əldə edə bilirlər. Bu məhsul iş adamlarının dövriyyə kapitalının dəstəklənməsinə xidmət edir.

 Kreditin özəllikləri:

     - Məbləğ: 5000 AZN-dən 350 000 AZN-dək

     - Müddət: 12 ay

     - İllik faiz dərəcəsi: 12%-dən başlayaraq

     - Təminatsız

“E-COM və E-POS Terminal kredit xətti”nin imkanlarından faydalanmaq istəyən sahibkarlar Azərbaycan Beynəlxalq Bankının istənilən filialına müraciət edə bilərlər. Kredit barədə əlavə məlumatları buradan öyrənmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566
avatar

Oxşar yazılar