Müxtəlif ölkələrdə yoxsulluq və bərabərsizliyin aradan qaldırılması ilə məşğul olan qeyri-kommersiya təşkilatı Oxfam, planetin ən zəngin 10 adamının koronavirus pandemiyası zamanı iki dəfə zəngin olmağı bacardığını hesablayıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, müəlliflərin fikrincə, 2020-ci ilin yazından bəri dünyanın ən zəngin 10 adamının ümumi sərvəti 700 milyard dollardan 1,5 trilyon dollara yüksəlib.
“Oxfam” vurğulayır ki, indiki şəraitdə bəzi insanların rifahının artması digərlərinin gəlirlərinin azalması ilə ayrılmaz şəkildə bağlıdır və bütün dünyada bərabərsizliyin artmasına səbəb olur. Təşkilat mövcud vəziyyəti “iqtisadi zorakılıq” adlandırır. “Oxfam” hesab edir ki, qeyri-bərabərlik sağlamlıq xidmətlərinə məhdud çıxış, aclıq və gender əsaslı zorakılıq səbəbindən hər gün 21.000 insanın ölümünə səbəb olur.
“Bloomberg”in məlumatına görə, hazırda dünyanın ən varlı adamı “Tesla” və “SpaceX”in qurucusu İlon Maskdır və onun sərvəti 269 milyard dollar qiymətləndirilir. Həmçinin ilk üçlükdə 187 milyard dollarla “Amazon”un qurucusu Ceff Bezos və 164 milyard dollarla LVMH moda holdinqinin rəhbəri Bernard Arnault yer alıb.