Dünyanın ən varlı adamlarından biri öldü:  Onun haqqında nə məlumdur?
15 may 2022 16:17 (UTC +04:00)

Dünyanın ən varlı adamlarından biri öldü: Onun haqqında nə məlumdur?

Mayın 13-də Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nahayan vəfat edib. Onun 73 yaşı vardı. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, dövlət başçısı uzun müddətdir xəstə idi. O, 2004-cü ildən prezident postunu tuturdu. 

Birləşmiş Ərəb Əmirliklərinin mərhum prezidenti haqda nə məlumdur?

• BƏƏ rəhbəri 15 milyard dollarlıq sərvətə sahib idi və “Forbes” jurnalına görə dünyanın ən zəngin adamlarından biri hesab olunurdu.

• Xəlifə ibn Zayed əl Nahayan Abu Dhabi İnvestment Authority investisiya fonduna rəhbərlik edib, onun kapitallaşması müxtəlif hesablamalara görə 2008-ci ildə 875 milyard dollara çatıb.

• Atasının ölümündən sonra Birləşmiş Ərəb Əmirliklərinin ikinci prezidenti olub. Onun hakimiyyətinin siyasəti qərbyönümlü, islahat yönümlü kimi qiymətləndirilir.

• 2014-cü ilin yanvar ayının sonunda Xəlifə ibn Zayed Əl Nahayan insult keçirib.

BƏƏ-nin Prezident İşləri üzrə Nazirliyi ölkədə 40 günlük rəsmi matəm elan edib.

73 yaşında dünyasını dəyişən Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nahayanın dəfn mərasimi Əbu-Dabidəki Əl-Batin qəbiristanlığında dəfn edilib.

# 5745
avatar

Oxşar yazılar