Dünyada İLK : milyonçuların sərvəti 80 trilyonu keçdi
14 iyun 2022 13:09 (UTC +04:00)

Dünyada İLK: milyonçuların sərvəti 80 trilyonu keçdi

Səhmlərin qiymətlərinin qalxması və pandemiyadan sonra bazarın bərpası planetin ən zəngin insanlarının sərvətinin artmasına səbəb olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, 2021-ci ildə dünyada milyonçuların sərvəti 7,8 faiz artaraq 86 trilyon dollar təşkil edib.

Bildirilir ki, 2021-ci ildə ən azı bir milyon dollar dəyərində investisiya aktivinə malik insanların sayı dünyada 7,8 faiz artaraq 22,5 milyon nəfərə çatıb. Məlumatda qeyd olunur ki, milyonçuların əksəriyyəti ABŞ-da yaşayır. Belə ki, burada  7.46 milyon zəngin yaşayır. Reytinqdə ikinci yerdə 3,65 milyon ilə Yaponiya, üçüncü yerdə isə 1,63 milyon ilə Almaniya, dördüncü yerdə isə 1,54 milyon dollarlıq milyonçu ilə Çin qərarlaşıb.

Mütəxəssislərin fikrincə, milyonçuların sərvətindəki artıma səhm qiymətlərinin bahalaşması, həmçinin 2020-ci il pandemiyasından sonra qlobal bazarın bərpası təsir edib. Həmçinin 2022-ci ildə bu artımın daha da sürətli olacağı gözlənilir. Buna səbəb kimi yüksək inflyasiya ilə mübarizədə mərkəzi bankların faiz dərəcələrini artırmasının birjalardakı əhval-ruhiyyəyə və birjalardakı qiymətlərə təsiri göstərilir.

Xatırladaq ki, 2020-ci ilin sonunda bütün milyonçuların sərvəti 7,6 faiz artaraq 79,6 trilyon dollar təşkil edib. Bununla yanaşı, varlıların sayı 6,3 faiz artaraq 20,8 milyon nəfərə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2457
avatar

Oxşar yazılar