"Dubaicoin" fərdi kriptovalyutası
28 may 2021 16:28 (UTC +04:00)

"Dubaicoin" fərdi kriptovalyutası

Dubay fərdi kriptovalyutasını buraxdı: "Dubaicoin"

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubay özünün "Dubaicoin" (DBIX) adlı fərdi kriptovalyutasını istifadəyə verib.

Lent.az xəbər verir ki, sözügedən kriptovalyuta ictimai "blockchain" sistem əsasında qurulub və "mayninq" prosesi sayəsində generasiya olunur.

Perspektiv cəhətdən "Dubaicoin" ödəniş vasitəsinə və investisiya aktivinə çevrilə bilər. "Arabchain Technology" adlı startap tərəfindən yaradılmış bu rəqəmsal valyuta ölkənin ilk ictimai "blockchain" sistemi olub.

Mayın 26-dan bu günədək kriptovalyutanın dəyəri 1000% yüksəlib. Yəni onun qiyməti 0.17$-dan 1.13$-a qalxıb.

“Banklar tərəfindən təmin edilmiş ənənəvi valyutalar əvəzinə yaxın zamanda həm mağalazarda həm də internetdə bəzi məhsul alışı ilə xidmət göstərilməsinin ödənişində "Dubaicoin"dən istifadə etmək mümkün olacaq. Rəqəmsal valyutanın dövriyyəsi həm şəhərin özü həm də səlahiyyətli brokerlər tərəfindən nəzarətdə saxlanılacaq” - deyə "Arabchain Technology" şirkəti bildirib.

Qeyd edək ki, "Dubaicoin" birjalarda hərraclar üçün hələ istifadəyə verilməyib və həmçinin, mərkəzi bankların digər rəqəmsal valyutalarının analoquna çevrilməyib.

Xatırladaq ki, fərdi kriptovalyutasını istifadəyə verib onu test etməklə məşğul olan ilk ölkə Çindir. Yaxın gələcəkdə ABŞ, Hindistan, Böyük Britaniya və hətta Avropa Birliyi də fərdi rəqəmsal valyutalarını yarada bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1476
avatar

Oxşar yazılar