“Choco Art” şokolad brendi “Azerbaijan Woman Awards”a dəstək oldu
16 mart 2021 12:54 (UTC +04:00)

“Choco Art” şokolad brendi “Azerbaijan Woman Awards”a dəstək oldu

Azərbaycanda ilk dəfə “Azerbaijan Woman Awards” mükafatlandırma mərasimi keçirilib. Hər kəsi ovsunlayıcı dadı ilə sehrinə salan  “Choco Art” şokolad brendinin də dəstəyi ilə baş tutan və cəmiyyətin uğurlu və işgüzar qadınlarını birləşdirən layihədə ölkənin ictimai-siyasi, mədəni və iş həyatında böyük nüfuza sahib olan xanımlar iştirak edib. Mükafat mədəniyyət, incəsənət, media, biznes, tibb, idman, dəb, memarlıq, elm və digər sahələrdə uğur qazanmış xanımlara təqdim olunub.

“Choco Art” şokolad brendinin “Azerbaijan Woman Awards”a dəstək olmasında məqsəd iş dünyasında olan qadınları daha da həvəsləndirmək, onların yeni uğurlarına işıq tutmaqdır. Çünki bu uğurların qadınları iş dünyasına atılmağa həvəsləndirəcəyinə inanırıq. Xanımların uğurlarını təqdir etməklə digərlərinə də ilham verməsinə, uğur qazanmaları üçün həvəs oyadacağına, sosial həyata daha çox addım atmalarına səbəb olacağına nail olmağa çalışırıq.  “ChocoArt” olaraq düşünürük ki, xanımlarımız ilk öncə özlərini mükafatlandırmalıdırlar. İlham almaq, yaradıcı düşünmək, ya da görülən bütün işlərdən zövq almaq üçün bir fincan çay və şokolad xanımların özlərinə edə biləcəyi ən yaxşı mükafatdır. “ChocoArt” istər ləzzəti, istərsə də keyfiyyəti ilə xanımlara layiq olmağa, gənc marka olmasına  baxmayaraq yeni dadlar, yeni zövqlər yaradaraq onları sevindirməyə çalışır.

 

Qeyd edək ki, incə sənət və yüksək peşəkarlıq nümunəsi olan “Choco Art”ı digərlərindən fərqləndirən əsas cəhət 100% təbii kakao yağı və yüksək keyfiyyətli kakao dənindən hazırlanmasıdır. Zərgər incəliyi və dəqiqliyi ilə hazırlanan bu şokolad nəfis dadı, zərif ətri ilə əsl şokolad həzzini bəxş edir. İlk yarandığı müddətdə  plitə çeşidi ilə alıcılarına təqdim olunan şokolad brendi bu gün çeşidlərini daha da artıraraq  yeni şokolad kremlərini bazara çıxarıb. Bunlar fındıqlı və tünd əsl şokolad kreminin ləzzətini kəşf edənlər üçün əsl fürsətdir. Bundan əlavə, çəki ilə satılan konfetlərimiz də “Choco Art” ailəsinin ən yeni üzvü olaraq satışa çıxarılıb. Sadəcə, plitə çeşidlərimiz deyil, şokolad kremlərimiz və çəki ilə olan konfetlər də böyüməkdə olan premium şokolad markasıdır.

“Choco Art”  -  Ləzzəti incə sənət, kəşf et!

# 2970
avatar

Oxşar yazılar