“CHOCO ART” ilk dəfə sərgidə iştirak edib -  FOTO
14 iyun 2021 15:18 (UTC +04:00)

“CHOCO ART” ilk dəfə sərgidə iştirak edib - FOTO


Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian
Agro 2021"; və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan
2021" sərgiləri keçirilib. 100 faiz təbii şokolad məhsulu olan “Choco Art” ilk dəfə
olaraq sərgidə iştirak edib.

“Choco Art” məhsulları ziyarətçilərin böyük marağına səbəb olub. Ziyarətçilər göz oxşayan tərtibatda hazırlanan stendə yaxınlaşaraq məhsulların dadına baxıb,
yeni çeşidlərlə tanış olublar. Qonaqlara “Choco Art” məhsullarının keyfiyyəti,
istehsal prosesi, fərqlilik və üstünlükləri ilə bağlı məlumat verilib. Bildirilib ki,
insanların zövqünü oxşayan 100 faiz təbii şokolad məhsulu bundan sonra da yeni
ləzzətlər və üstün keyfiyyətlə onları sevindirməyə davam edəcək.

İncə sənət və yüksək peşəkarlıq nümunəsi olan “Choco Art”ı digərlərindən
fərqləndirən əsas cəhət 100% təbii kakao yağı və yüksək keyfiyyətli kakao
dənindən hazırlanmasıdır. Zərgər incəliyi və dəqiqliyi ilə hazırlanan “Choco Art”
nəfis dadı, zərif ətri ilə əsl şokolad həzzini bəxş edir. İlk yarandığı müddətdə plitə
çeşidi ilə alıcılarına təqdim olunan premium şokalat brendi çeşidlərini daha da
artıraraq yeni şokalat kremlərini ve çəkili konfetlerini bazara çıxarıb. “Choco
Art”la Sənətin incəliyini ləzzətlə kəşf edin.

# 1701
avatar

Oxşar yazılar