Buğda unu, çörək istehsalı və satışı 2024-cü ilədək ƏDV-dən azad ediləcək
18 yanvar 2022 19:16 (UTC +04:00)

Buğda unu, çörək istehsalı və satışı 2024-cü ilədək ƏDV-dən azad ediləcək

Ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə Hökumət tərəfindən tədbirlər həyata keçirilib

Lent.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Azərbaycanda ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə deyib.

Baş nazir daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləğinin artırıldığını, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsinin 2024-cü ilədək uzadıldığını, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlərin ayrıldığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1800
avatar

Oxşar yazılar