Şəkidə 1 qəsəbə və 30 kəndin qaz təchizatı dayanır.
"Azəriqaz"-dan Lent.az-a verilən xəbərə görə, məhdudiyyət “Qaz İxrac” İdarəsinə məxsus “Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədardır. Buna görə də, mayın 17-i saat 10:00-dan işlər başa çatanadək “Cəfərabad” QPS-dən qidalanan “Şəki-Cəfərabad” qaz ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Şəki şəhəri daxil olmaqla 1 qəsəbə və 30 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.