Bu ölkədən Azərbaycana pivə ixracı  AZALDI
20 yanvar 2021 19:48 (UTC +04:00)

Bu ölkədən Azərbaycana pivə ixracı AZALDI

2020-ci ildə Gürcüstan Azərbaycana dəyəri 324.08 min ABŞ dolları olan 340.31 ton pivə ixrac edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, Azərbaycana ixrac edilən məhsulun həcmi illik müqayisədə 10.66 ton və ya 3%, dəyəri isə 65.19 min dollar və ya 16.7% azalıb.

2019-cu ildə Gürcüstan Azərbaycana 389.27 min dollar dəyərində 350.97 ton pivə ixrac edib.

# 3927
avatar

Oxşar yazılar