BirKart sahibləri taksit əməliyyatından 20 AZN hədiyyə qazanacaqlar
05 mart 2021 10:25 (UTC +04:00)

BirKart sahibləri taksit əməliyyatından 20 AZN hədiyyə qazanacaqlar

Ölkənin ən məşhur taksit kartı olan BirKart, Novruz bayramı ərəfəsində müştərilər üçün yeni güzəştli aksiya təqdim edir. Şərtlərə görə, BirKart ilə partnyor mağazalarında 3 dəfə 100 AZN və daha yuxarı məbləğdə taksitli alış-veriş edən müştərilər 20 AZN qazanacaqlar.

Bundan başqa, "Bakcell" abunəçilərinə kampaniya müddətində bütün 100 AZN və çox məbləğdə taksit əməliyyatlarına görə “Ulduzum”dan 15 pulsuz danışıq dəqiqəsi əldə edəcəklər. Hər bir müştəri kampaniyadan yalnız bir dəfə 20 AZN qazana bilər. Kampaniya 5 mart 2021-ci ildə başlayır və 5 aprel 2021-ci il tarixinədək davam edəcək. Ətraflı məlumat üçün – https://kbl.az/bksc.

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1743
avatar

Oxşar yazılar