SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Quba rayonunda bir qrup Birlik əməkdaşı ilə görüşüb.
Lent.az xəbər verir ki, baş direktor hər bir əməkdaşın iş şəraiti, mövcud vəziyyəti ilə də yaxından maraqlanıb. Birlik rəhbəri Xaçmaz Regional qaz istismarı İdarəsinin tabeliyində olan xidmət sahələrində usta, mühəndis və nəzarətçi-çilingər vəzifəsində çalışan ümumilikdə 22 əməkdaşı SOCAR "Azəriqaz" İstehsalat Birliyində faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırıb.
"Vəzifəsindən asılı olmayaraq üzərinə düşən işi layiqincə yerinə yetirən hər bir əməkdaşa hər zaman xüsusi diqqət göstərilir. Sizlərə də işinizdə fərqləndiyinizə görə təşəkkür edirəm", - deyə Birlik rəhbəri qeyd edib.