Bakıda mebel mağazasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Nəsimi rayonunda ümumi sahəsi 270 m² (hər mərtəbəsi 90 m²) olan üçmərtəbəli obyektin üçüncü mərtəbəsində yumşaq mebel dəsti yanıb, yüksək temperaturdan 2 ədəd kondisioner və 2 ədəd monitor əriyib. Obyekt yanğından mühafizə olunub.
Yanğın söndürülüb.