Bakı şəhəri üzrə sərnişindaşımada istismar edilən avtobusların sayı 2203-ə çatdırılıb.
Bu barədə Lent.az-aAzərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, 2022-ci ildə bu göstərici 1720 olub.
Hazırda Bakı şəhəri üzrə fəaliyyət göstərən 1696 avtobusda ödənişlər nağdsız qaydada keçirilir. Bu da avtobus parkının 77 faizini təşkil edir.