Martın 5-dən 64 saylı marşrut xətti (“Neftçilər” m/s – Yeni Günəşli qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, bununla da gün ərzində orta hesabla 13 min nəfərdən artıq sərnişinin rahat daşınması təmin olunacaq.
Sərnişinlərin rahatlığı nəzərə alınaraq Yeni Günəşli qəsəbəsi üzrə zəruri ərazilərdə ümumilikdə 5 ədəd “BakıKart”ın balansını artırmaq üçün ödəmə pos-terminalları qoyulacaq.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.