Bakı sakinləri ərzaqa nə qədər pul xərcləyir? - RƏSMİ
03 fevral 2022 14:46 (UTC +04:00)

Bakı sakinləri ərzaqa nə qədər pul xərcləyir? - RƏSMİ

2021-ci ilin yanvar-dekabr aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 4,2 faiz artaraq 25648,9 milyon manat olub.

Lent.az xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 13388,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,4 faiz artaraq 12260,4 milyon manata bərabər olub.

İstehlak məhsullarının 34 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1719
avatar

Fidan İlqar

Oxşar yazılar