Bakı sakini bıçaqlandı
16 dekabr 2021 04:20 (UTC +04:00)

Bakı sakini bıçaqlandı

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Şamil Əzizbəyov küçəsində baş verib.

1983-cü il təvəllüdlü Zülfüqarov Emin Rauf oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

# 1119
avatar

Oxşar yazılar