Bakı-İstanbul axşam reysi ləğv edildi -YENİLƏNİB
24 yanvar 2022 21:27 (UTC +04:00)

Bakı-İstanbul axşam reysi ləğv edildi -YENİLƏNİB

İstanbula yağan güclü qar səbəbindən Bakı-İstanbul-Bakı axşam reysi ləğv edilib. 

Lent.az-ın verdiyi xəbərə görə, bu barədə məlumatı Azərbaycan Hava Yollarının mətbuat katibliyi yayıb. 

Qeyd olunub ki, ləğv edilmiş reysin sərnişinləri sabah səhər reysinin sərnişinləri ilə birlikdə geniş füzelyajlı təyyarə ilə yola düşəcəklər.
 

***

17.05

AZAL İstanbul-Bakı reyslərinin təxirə düşməsinin səbəblərini açıqlayıb.

Qurumdan Lent.az-a verilən məlumatda bildirilir:

"İstanbulda əlverişsiz hava şəraiti (güclü qar) səbəbindən AZAL-ın İstanbul-Bakı reysi gecikir.

Hazırda reysin sərnişinləri sərnişin terminalının daxilindədir və qida, alkoqolsuz içki ilə təmin olunacaqlar.

İstanbul hava limanının icazəsi olan kimi təyyarə İstanbuldan yola düşəcək".

***

saat 16:53

Türkiyənin İstanbul Hava Limanında uçuşlar təxirə salınıb. 

Bu barədə Lent.az-a İstanbul-Bakı reysi ilə uçacaq sərnişinlər xəbər verib. 

Bildirilib ki, hava limanında uçuşların dayandırılmasına səbəb əlverişsiz hava şəraiti olub. 

Qeyd edək ki, uçuşlar 18:00-a qədər dayandırılıb.

Təyyarələrin uçuş və eniş zolağı qardan təmizləndikdən sonra reyslər bərpa olunacaq.
 

# 7209
avatar

Sevinc Fərid

Oxşar yazılar