"Azərsun Holdinq" çay idxalı ilə bağlı beynəlxalq tədbirdə iştirak edib®
22 fevral 2022 11:38 (UTC +04:00)

"Azərsun Holdinq" çay idxalı ilə bağlı beynəlxalq tədbirdə iştirak edib®

“Azərsun Holdinq”ə məxsus çay markaları Hindistandan çay idxalı ilə bağlı hibrid formatda təşkil edilmiş tədbirə qatılıblar.

Dövlət xadimləri, diplomatik korpus nümayəndələri və sahibkarların iştirak etdiyi tədbirdə çıxış edən səfir Bavitlunq Vanlalvavna bu tədbirin Hindistanın çay yetişdirilən ştatlarının təqdimatı və təşviqi üçün təşkil olunduğunu bildirib. O qeyd edib ki, 2021-ci ildə Azərbaycan ilə Hindistan arasında ticarətin həcmi 27 faiz artıb və bu göstəricinin daha da yüksəldilməsi nəzərdə tutulur.

“Azərsun Holdinq”in rəsmisi Fəqan Əliyev çıxışında təmsil etdiyi şirkətlər qrupunun Azərbaycan çay ənənələrinin təbliğinə xüsusi əhəmiyyət verdiyini və məhsullarının keyfiyyətinə çox həssas yanaşdığını bildirib. Həmçinin “Azərsun Holdinq”ə məxsus çay markalarının ölkə daxili ilə bərabər xarici bazarlarda da böyük sevgi ilə qarsalandığını qeyd edib.

Tədbirin davamında Azərbaycan və Hindistandan olan sahibkarlar arasında tanışlıq və qarşılıqlı əlaqələrin yaradılması üçün danışıqlar aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1137
avatar

Oxşar yazılar