“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.
Lent.az xəbər verir ki, bu dəfə “Səyyar qəbul otağ”ı Quba rayonu, Barlı kəndində təşkil olunacaq. Aprelin 28-də saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.
Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.