"Azəriqaz"ın əməkdaşları Kürdəmir sahibkarları ilə GÖRÜŞDÜ - FOTO
05 aprel 2022 17:01 (UTC +04:00)

"Azəriqaz"ın əməkdaşları Kürdəmir sahibkarları ilə GÖRÜŞDÜ - FOTO

Kürdəmir sahibkarları ilə görüş keçirilib.

"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə,  sahibkarlarla növbəti, sayca 25-ci görüş Kürdəmir rayonunda baş tutub. 

"Azəriqaz" İB-nin təşkilatçılığı ilə təşkil olunan görüşdə Birliklə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Kürdəmir Rayon İcra Hakimiyyətinin məsul şəxsləri də aksiya iştirakçılarının problem və təkliflərini dinləyiblər. Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev Birlik rəhbərinin təşəbbüsü ilə reallaşan "Açıq mikrofon" aksiyasında ünvanlanan hər bir müraciətin baş direktora təqdim olunacağını diqqətə çatdıraraq, vətəndaşları görüşdə fəal iştirak etməyə çağırıb. 

Çörək istehsalı ilə məşğul olan Mübariz Bəkirov istehlak etdiyi təbii qazın qiymətində müəyyən güzəştlərin olunmasını xahiş edib. Daxil olan müraciətlə bağlı sahibkara lazımi məlumat verilib. Süd emalı zavodunun nümayəndəsi Fərhad Rəcəbov bəzi hallarda təbii qazın təzyiqinin aşağı olmasından narazılıq edib. 

Bundan əlavə o, təbii qaz təchizatında fasilə yaranacağı təqdirdə əvvəlcədən məlumat verilməsini xahiş edib. Hər zaman olduğu kimi sahibkarlarla yanaşı, sakinlər də "Səyyar qəbul otağı"nın imkanlarından yararlanıblar. Kürdəmir rayonunun Xırdapay kənd sakinləri uzun illərdir təbii qazdan istifadə edə bilmədiklərini bildiriblər. Birliyin şöbə rəisi İbrahim Kərbalayev Kürdəmir rayonunda mövcud olan 62 yaşayış məntəqəsinin hər birinin təbii qazla təmin edildiyini, yəni, rayon üzrə qazlaşdırılma səviyyəsinin 100 faiz olduğunu diqqətə çatdıraraq, vətəndaşın müraciət etdiyi ünvanın yeni yaşayış massivi olduğunu qeyd edib. 

Tədbirdə həmin yeni yaşayış məntəqəsinin qazlaşdırılması ilə bağlı müraciətin Birlik rəhbərliyinə çatdırılacağı vurğulanıb. Kürdəmir rayon sakini Məhəmmədəli Kərimov yaşadığı fərdi yaşayış evində təbii qazın təzyiqinin aşağı olmasından narazılıq edib. 
Görüş başa çatdıqdan sonra Birlik nümayəndələri dərhal sözü gedən evə baxış keçiriblər. Baxış zamanı abonentin qaz təchizatında təzyiqin aşağı olması ilə bağlı hansısa bir fakt aşkar olunmayıb. 

Abonent göstərilən xidmətə görə Birlik əməkdaşlarına təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1290
avatar

Oxşar yazılar