
“Azəriqaz”dan YENİ MƏLUMAT

“Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Lent.az-a məlumatda bildirilib ki, qurumun qaynar xəttinə 1 334 foto daxil olub:
"Qurum olaraq 2020-ci il dekabr ayının 31-də mexaniki-elektron sayğac istifadəçisi olan abonentlərimizdən xahiş etmişdik ki, kim sayğacının göstəricisinin 2021-ci il yanvar ayının 10-dan tez oxunaraq bazaya yüklənməsini istəyirsə, sayğacın aydın görünən və üzərində çəkilmə tarixinin əks olunduğu fotolarını birliyin qaynar xəttinə (+99477 3 104 104) göndərsin. Belə olan halda onlar üçün yeni ilin aşağı tarifli güzəştli limit həddi (illik hər kubmetri 10 qəpikdən olan 2200 kubmetr) fotonun qeydə alındığı tarixdən hesablanacaq. Əks halda mexaniki-elektron sayğacların göstəriciləri yanvarın 10-dək oxunaraq bazaya təqdim olunacaq. Bu təklif prosesi tezləşdirmək istəyən abonentlər üçün irəli sürülmüşdü.
Qeyd edək ki, qaynar xəttə ümumilikdə 1 334 foto daxil olub. Bu müraciətlərdən 1 192-si abonent bazasına artıq daxil edilib və müvafiq bildirişlərin həmin abonentlərə təqdim edilməsi üçün struktur bölmələrə tapşırıqlar verilib. 142 foto isə oxunmaya yararlı olmayıb.
ÜmumilikdəbBirlik tərəfindən 1 milyon 282 min 500 ədəd mexaniki-elektron sayğacın oxunması təmin edilməlidir. Yanvarın 6-sı günorta saatlarına qədər bu işin 31 %-i icra olunub. Fiziki sayğac oxunuşu üzrə hesabatın yanvarın 9-na günorta saatlarına yekunlaşdırılması nəzərdə tutulur".
Qeyd edək ki, smart sayğaclar barədə abonentlərin bir çox şikayətləri var. Bununla bağlı yazı hazırlayacağıq".

Hicranə Əlişqızı
Oxşar yazılar

Valyuta məzənnələri: rubl və lirədə dəyişikliik
19 yanvar 2021 , 08:56
Bakı-Astara və Ərdəbil-Rəşt magistral yolları BİRLƏŞDİRİLİR
18 yanvar 2021 , 22:19
İlham Əliyev Sumqayıtda iki zavodun təməlini qoydu, açılış etdi
18 yanvar 2021 , 16:18
Dələduzlar bunu da etdilər: bankların logo və adları ilə məlumatlar ələ keçir
17 yanvar 2021 , 10:36
“Azercell”in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib
16 yanvar 2021 , 15:41
Azercell-in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur
16 yanvar 2021 , 12:05
“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib-VİDEO
15 yanvar 2021 , 13:47
Mərkəzi Bankın yeni binası 218 milyona tikiləcək
13 yanvar 2021 , 16:32