"Azəriqaz" yanında İctimai Şuranın üzvləri Ağsuya gedəcək
13 may 2022 10:35 (UTC +04:00)

"Azəriqaz" yanında İctimai Şuranın üzvləri Ağsuya gedəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın üzvləri mayın 18-də Ağsu Regional Qaz İstismarı İdarəsinə monitorinq səfəri edəcək, istehlakçılarla görüşəcəklər.

Lent.az bu barədə "Azəriqaz"a istinadən xəbər verir.

Məlumata görə, Ağsu, Göyçay, Şamaxı, İsmayıllı, Kürdəmir, Qobustan və Ucar rayonlarından olan istehlakçılar görüşdə iştirak etmək, problemlərini demək üçün saat 11:00-da Ağsu rayonunun Qaraqaşlı kəndində yerləşən Ağsu Regional Qaz İstismarı İdarəsinin inzibati binasına yaxınlaşa bilərlər.

# 1323
avatar

Oxşar yazılar