"Azəriqaz" Şirvan şəhərində vətəndaşları DİNLƏDİ -FOTO
29 mart 2022 17:02 (UTC +04:00)

"Azəriqaz" Şirvan şəhərində vətəndaşları DİNLƏDİ -FOTO

1

Şirvan şəhərində vətəndaşların qaz təchizatı ilə bağlı problemləri dinlənildi.

“Azəriqaz” dan Lent.az-a verilən məlumata görə, təşkil olunan "Açıq mikrofon" aksiyası vətəndaşların qaz təchizatı ilə bağlı üzləşdiyi problemlərin həllinə dəstək verməyə xidmət edir:

Bu sözləri Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev aksiya çərçivəsində Şirvan şəhərində vətəndaşlarla keçirilən görüş zamanı bildirib.

 Vətəndaşların problem və təkliflərini dinləmək üçün Birliyin məsul şəxsləri ilə yanaşı, Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri də iştirak ediblər. Birliyin Salyan Regional qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov vətəndaşları aksiyanın imkanlarından maksimum şəkildə istifadə etməyə, qaz təsərrüfatına dair yaranan bütün suallara yerindəcə cavab tapmağa çağırıb. 

Şirvan Telemexanika zavodunun əməkdaşı Fərzulla İbrahimov debitor borc səbəbindən zavodun qaz təchizatının dayandırıldığını bildirərək, müəyyən ödənişlər olunmaqla qaz təchizatının bərpa olunmasını xahiş edib.

 Məsələ ilə bağlı dərhal Birlik rəhbərliyinə məlumat verilib. Rəhbərliyin tapşırığı ilə daxil olan müraciət yerindəcə həllini tapıb, zavodun qaz təchizatında yaranan fasilə aradan qaldırılıb. 

Digər çıxış edən vətəndaşlar qaz təchizatı ilə bağlı heç bir problemin olmadığını bildirib, təşkil olunan aksiyaya görə “Azəriqaz” İB-nin rəhbərliyinə təşəkkür ediblər.

Məlumat üçün bildirək ki, bu gün təşkil olunan aksiya sayca ümumilikdə 49-cu, sakinlərlə isə 25-ci görüşdür.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2126

Oxşar yazılar