"Azəriqaz" daha bir yeniliyin tətbiqinə başladı
19 aprel 2022 13:24 (UTC +04:00)

"Azəriqaz" daha bir yeniliyin tətbiqinə başladı

Abonent məmnuniyyətini hər zaman yüksək tutan “Azəriqaz” İstehsalat Birliyi daha bir yeniliyin tətbiqinə start verdi. 

Lent.az xəbər verir ki, sonradan ödənişli (mexaniki)  sayğaclardan istifadə edən abonentlər istehlak etdikləri təbii qaza görə yaranan borcu www.azeriqaz.az saytına daxil olaraq bildiriş şəklində görürlər. Yeni tətbiqdən əvvəldən ödənişli (smart-kart tipli) sayğac istifadə edən abonentlər də yararlanmaqla onlara lazım olan bir sıra mühüm məlumatları Birliyin 104/185 Çağrı mərkəzinə zəng etmədən özləri də əldə edə biləcəklər.  Bunun üçün www.azeriqaz.az saytına daxil olaraq borcunu/limitini öyrən pəncərəsinə keçid etmək lazımdır. Abunəçi kodu və ya sayğac nömrəsini qeyd edərək borcunu öyrən düyməsinə klik edilir.

Abonentlər bu səhifəyə daxil olduqdan sonra son ödəniş tarixi, son ödəniş məbləği, Tarif (qiymət) Şurasının təbii qazdan istifadə tarifləri haqqında məlumatı, cari il ərzində abonentin təbii qazdan hansı limit tarifində istifadə etdiyi, növbəti limit mərhələsinə keçid edəcəyinə dair və bir sıra bütün lazımi məlumatlarla yaxından tanış ola bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2217
avatar

Oxşar yazılar