Lider mobil operator metrodan istifadə edən abunəçiləri üçün yeni kampaniyaya başlayır
“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan "Azercell", rəqəmsal dünyanın hədsiz imkanlarını abunəçiləri üçün daha yaxın etmək məqsədilə xüsusi kampaniyaya başlayır. Belə ki, 15 iyun 2022-ci il tarixindən etibarən "Azercell" abunəçiləri 0.59 AZN ödəməklə 3GB həcmində yüksəksürətli 1 saatlıq internet paketi əldə edəcəklər. Kampaniyadan yararlanmaq üçün M açar sözünü 2525-ə göndərmək lazımdır.
Məlumat üçün bildirək ki, metronun 24 stansiyası və tunelləri "Azercell"in 4G şəbəkəsi ilə əhatə edilib. "Azercell" abunəçiləri hətta qatarın hərəkətdə olduğu zaman da dayanmadan mobil internet xidmətlərindən istifadə edərək yazışa, videolar izləyə və musiqi dinləyə bilərlər.
"Azercell"in yüksək keyfiyyətli 4G şəbəkəsi Neftçilər, Qara Qarayev, Koroğlu, Həzi Aslanov, Əhmədli, Xalqlar Dostluğu, Ulduz, Nəriman Nərimanov, Gənclik, 28 may, Nizami, Elmlər Akademiyası, İnşaatçılar, 20 yanvar, Memar Əcəmi, Memar Əcəmi 2 (Bənövşəyi xətt), Avtovağzal, Nəsimi, Azadlıq prospekti, Dərnəgül, Cəfər Cabbarlı, Xətai, Sahil və İçərişəhər stansiyalarında, eləcə də bu stansiyaların tunellərində aktivdir.
Kampaniya haqqında daha ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/internet/metro-internet-pack.html səhifəsinə keçid etməyiniz xahiş edilir.