"Azercell"in rəqəmsal xidmətləri "Umico"ya əlavə edilib
09 iyul 2021 15:09 (UTC +04:00)

"Azercell"in rəqəmsal xidmətləri "Umico"ya əlavə edilib

Azərbaycanın lider mobil operatoru “Azercell” şirkəti rəqəmsal xidmətlərini müştəriləri üçün daha da əlçatan edib.

Artıq “Azercell” abunəçiləri “Umico” platforması üzərindən “Azercell”in BluTV, SberZvuk, IVI, Bookmate, NNTV kimi rəqəmsal həllərini aktiv edə bilərlər.

Xidmətdən istifadə qaydası çox sadədir. Bunun üçün öncə “Umico” tətbiqini "App Store” və ya "Play Store”dan yükləmək lazımdır. Daha sonra “Umico”da “Bonunslar” səhifəsinə keçid edib “Azercell - Keşbekli xidmətlər” bölümü seçilməlidir.

Tətbiq vasitəsilə “Azercell”in rəqəmsal həllərinə günlük, həftəlik və aylıq paketlər şəklində qoşulmaq mümkündür. Qeyd edək ki, hazırda xidmət haqqı “Azercell” mobil nömrəsinin balansından tutulur.

“Azercell”in rəqəmsal məhsullar portfeli ilə https://www.azercell.com/az/personal/digital-solutions.html ünvanından tanış olmaq olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1488
avatar

Oxşar yazılar