"Azercell"in dəstəyilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verildi
23 noyabr 2021 13:07 (UTC +04:00)

"Azercell"in dəstəyilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verildi

 

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-in dəstəyilə təşkil olunan Uşaq Paralimpiya İdman Oyunlarına yenidən start verilir. Uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə karantin rejiminin tələblərinə uyğun olaraq ənənəvi oyunların hər bir idman növləri üzrə ayrı-ayrı yarışlarla, azarkeşlər olmadan keçirilməsi qərara alınıb.

2021-ci ilin Uşaq Paralimpiya İdman Oyunları çərçivəsində Sumqayıtda yerləşən Respublika Paralimpiya İdman Kompleksində pouerliftinq üzrə test yarışları baş tutub, həmçinin stolüstü tennis oyunları keçirilib. İlin sonunadək uşaq paralimpiyaçıları digər idman növləri üzrə yarışlarda da iştirak edə biləcəklər. Balaca idmançılar cüdo (26 noyabr), üzgüçülük (4 dekabr) və taekvando (10 dekabr) üzrə yarışlarda güclərini sınayacaqlar.

2014-cü ildən etibarən Azercell-in dəstəyilə fəaliyyət göstərən Azərbaycan Uşaq Paralimpiya Komitəsi indiyədək sağlamlıq imkanları məhdud olan 200-ə yaxın uşaq və yeniyetməni öz ətrafına toplaya bilib. Burada uşaqlar peşəkar məşqçilərin köməyilə 10 idman növü - cüdo, üzgüçülük, para-taekvando, pauerliftinq, boccia, qolbol, stolüstü tennis, əlil arabasında idman rəqsləri, dağ xizəyi və snoubord ilə məşğul olurlar. Onlar həmçinin, kütləvi idman tədbirləri, yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edirlər.

Qeyd edək ki, Uşaq Paralimpiya Komitəsi beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində yaradılıb. Komitə sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına yardım edir. "Azercell Telekom” MMC bu mühüm missiyanı dəstəkləməklə ölkəmizdə uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verir.

# 945
avatar

Oxşar yazılar

“Kupça”sı olmayan evlər necə sığortalanacaq? – RƏSMİ CAVAB

“Kupça”sı olmayan evlər necə sığortalanacaq? – RƏSMİ CAVAB

7 fevral 2023 , 12:27
ABB Riyaziyyat Yarışmasının qalibləri seçildi

ABB Riyaziyyat Yarışmasının qalibləri seçildi

7 fevral 2023 , 12:13
Sənədsiz evlərin aqibəti necə olacaq? - SƏDR AÇIQLADI

Sənədsiz evlərin aqibəti necə olacaq? - SƏDR AÇIQLADI

7 fevral 2023 , 11:42
Mikayıl Cabbarov Naxçıvana gedib

Mikayıl Cabbarov Naxçıvana gedib

7 fevral 2023 , 09:27
"Azəriqaz"da növbəti görüş Mingəçevirdə  OLACAQ

"Azəriqaz"da növbəti görüş Mingəçevirdə OLACAQ

6 fevral 2023 , 17:24
"Azəriqaz"dan həftəlik STATİSTİKA -  VİDEO

"Azəriqaz"dan həftəlik STATİSTİKA - VİDEO

6 fevral 2023 , 16:51
"Azercell"dən Türkiyədəki abunəçilərinə dəstək!

"Azercell"dən Türkiyədəki abunəçilərinə dəstək!

6 fevral 2023 , 16:21
“Nar” Türkiyədə olan abunəçilərinin balansına internet və danışıq dəqiqələri əlavə edir

“Nar” Türkiyədə olan abunəçilərinin balansına internet və danışıq dəqiqələri əlavə edir

6 fevral 2023 , 13:03