"Azercell"dən yeni iPhone 13 modelləri alana 50GB internet paketi hədiyyə®
01 aprel 2022 11:44 (UTC +04:00)

"Azercell"dən yeni iPhone 13 modelləri alana 50GB internet paketi hədiyyə®

Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşı “Azercell
Telekom” aprelin 1-dən etibarən tam yeni iPhone cihazlarını sifariş etmək imkanını
yaradır. iPhone SE, iPhone 13 Green, iPhone 13 mini Green, iPhone 13 Pro Alpine
Green və iPhone 13 Pro Max Alpine Green kimi möhtəşəm və ən yeni iPhone
modellərini "Azercell Eksklüziv" mağazalarından əldə etmək mümkündür.

iPhone həvəskarlarını sevindirərək mobil operator Apple istehsalı olan yeni nəsil
cihazları ilə ölkənin ən yüksək keyfiyyətli 4G şəbəkəsi vasitəsilə inanılmaz internet
sürətini yaşamaq fürsətini yaratmaqdan məmnundur. Aparıcı mobil operator iPhone Green və iPhone SE modellərindən hər hansı birini əldə edən müştərilərə 50GB həcmində internet paketinə 3 aylıq abunəlik təqdim edir.

Qeyd olunan Apple smartfonlarını əldə etmək üçün müştərilərimiz aprelin 1-dən etibarən istənilən "Azercell Eksklüziv" mağazasına yaxınlaşa bilər.
 
Ən müasir texnologiyanı istifadəçi rahatlığı ilə bir araya gətirən yeni iPhone modelləri “Super Retina XDR” displeyləri, enerjiyə qənaət etməyə imkan verən batareya, daha səmərəli A15 çipi və sürətli enerji toplama sistemi ilə təchiz olunmuşdur.

Daha ətraflı məlumat üçün https://bit.ly/smartphones_az saytına daxil ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1278
avatar

Oxşar yazılar