"Azercell" abunəçilərinə xəbərdarlıq etdi
11 dekabr 2021 08:04 (UTC +04:00)

"Azercell" abunəçilərinə xəbərdarlıq etdi

 

Yanlış məlumatlar nəticəsində yarana biləcək xərclərin qarşısını almaq üçün “Azercell Telekom” öz abunəçilərinə şübhəli zənglərə və SMS-lərə cavab verməməyi, etibar doğurmayan mənbələrdən istifadə etməməyə çağırıb.

Şirkətin yaydığı məlumatda abunəçilərə yalnız rəsmi məlumatlara istinad etmək, həmçinin cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etmək, şifrələri üçüncü şəxslərə bildirməmək, şübhəli məzmunlu müxtəlif oyun, yarışma və s. yararlanmamaq tövsiyə edilib.

“Azercell” abunəçilərini həmçinin yalnız rəsmi mənbələrə istinad etməyi, o cümlədən müxtəlif sosial şəbəkə, “WhatsApp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1692
avatar

Oxşar yazılar