"Azercell" 25 illiyini qeyd edir
15 dekabr 2021 16:27 (UTC +04:00)

"Azercell" 25 illiyini qeyd edir

5 milyondan çox abunəçinin seçimi olan “Azercell Telekom” MMC fəaliyyətinin 25 illiyini qeyd edir. “Azercell”in yaradılması müstəqilliyini yenicə qazanmış Azərbaycanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı və səmərəli islahatların tərkib hissəsi idi. Ölkədə telekommunikasiya sənayesinin inkişafına dəstək vermiş Ümummilli lider Heydər Əliyev “Azercell”in açılış mərasimində iştirak edib. Qürurvericidir ki, GSM texnologiyasını sınaqdan keçirən və “Azercell” vasitəsilə edilmiş ilk zəngə cavab verən şəxs Ulu Öndər olub.

25 illik fəaliyyəti ərzində şirkət Azərbaycanın mobil rabitə bazarında lider mövqeyini möhkəmləndirib və abunəçilərinə daima qabaqcıl həllər təqdim edərək keyfiyyətli, innovativ və əlçatan rabitə xidmətləri göstərib. “Azercell” Azərbaycanda GSM texnologiyası, 24/7 rejimdə çalışan Çağrı Mərkəzi, “SimSim” (fakturasız) xətt sistemi, M2M xidmətləri, 4G texnologiyası, “Azercell” Ekspres xidmət mərkəzləri, mobil və onlayn müştəri xidmətlərini təqdim edən, 5G texnologiyasının pilot şəbəkəsini test edən ilk şirkət olub.

“Azercell” Azərbaycanın qeyri-neft sektorunun ən iri vergi ödəyicisidir. Son 25 il ərzində mobil operator dövlət büdcəsinə 2 milyard manatdan çox vəsait köçürüb, ölkədə telekommunikasiyanın inkişafına 1,7 mlrd. ABŞ dollarından çox investisiya yatırıb, sosial yönümlü layihələrə isə 22 mln. dollardan artıq vəsait xərcləyib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamına əsasən müəyyən edilən 5 Milli Prioritetdən biri rəqabətli insan kapitalı və müasir

innovasiyalar məkanıdır. “Azercell” də bu gün öz şəbəkəsini bütün ölkə ərazisində genişləndirərək yeni rəqəmsal eraya qədəm qoyur. Şirkət müasir rəqəmsal və kiber xidmətlər üzərində çalışır, həmçinin qabaqcıl kommunikasiya həlləri yaradır. Bu yanaşma şirkətin yenilənmiş korporativ strategiyasında da əks olunur. Yeni strategiyaya görə “Azercell”in əsas məqsədi həm fərdi, həm də bütün növ iri və kiçik biznes müştərilərinin istək və gözləntilərini qabaqcadan müəyyən edərək onlara cavab verməkdir.

“Hazırda biz çağırışlarla zəngin dövrdə yaşayırıq. Texnologiya durmadan sürətlənir, müştərilərimiz öz növbələrində texnoloji yeniliklərə daha açıqdırlar. Bizim yeni məqsədimiz: “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!”. Müştərilərimizin artan dinamika ilə inkişaf edən istəklərini qarşılamaq və bir addım öndə olaraq onları öncədən müəyyən etmək üçün biz daima öyrənməli, inkişaf etməli və qarşımıza yeni hədəflər qoymalıyıq. Fəaliyyətimizlə cəmiyyətə verə biləcəyimiz faydanı rəhbər tutaraq abunəçilərimizin həyatına daha intensiv şəkildə inteqrasiya olmalıyıq. Hazırkı bazar şərtləri və inkişaf dövründə yalnız bu yolla uğur qazanmaq mümkündür!”, - “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova şirkətin yeni məqsədini açıqlayaraq qeyd etdi.

25 il əlamətdar tarixdir. Bu önəmli gün “Azercell”i gələcək fəaliyyətini yenidən düşünməyə, yüksək texnologiyalar dövrünün tələblərini qarşılamaq və proqnozlaşdırmaq məqsədi daşıyan yeni brend platformasını təqdim etməyə sövq edir. Şirkət brendinin yeni şüarını açıqlayır – “Sənə yaxın gələcək”. Yeni kommunikasiya konsepsiyası bir azərbaycanlı ailənin gündəlik həyat hekayələri əsasında hazırlanaraq, müasir rəqəmsal və kommunikasiya həllərinin müştərilərə daha əlçatan və daha yaxın olduğunu göstərir. Məhz innovativ rəqəmsal həllər insanların həyat keyfiyyətini yaxşılaşdırmağa, təhlükəsizliyi artırmağa daha da böyük töhfə verəcək.

25 illik yubileyini və brendin yenilənməsini qeyd edən “Azercell” bütün bu illər ərzində onu seçən və ona güvənən bütün abunəçilərinə təşəkkür edir! Yubiley ayı ərzində bütün şirkət abunəçiləri xüsusi bonuslardan yararlana biləcəklər. Ətraflı məlumat abunəçilərə dekabrın 15-dən yanvarın 15-dək SMS vasitəsilə göndəriləcək. Bonus olaraq abunəçilər öz seçimlərinə görə

pulsuz internet və yaxud danışıq paketləri alacaqlar. Bundan əlavə, dekabrın 25-dən yanvarın 25-dək “Azercell” abunəçiləri ivi, BluTV, NNTV, SberZvuk, Bookmate və Busuu multimedia xidmətlərindən ödənişsiz istifadə etmək imkanı əldə edəcəklər. Bu tətbiqlər vasitəsilə istifadəçilər öz smartfonlarında sevdikləri filmlərə, TV proqramlara baxa, musiqi dinləyə, kitab oxuya və xarici dil bacarıqlarını inkişaf etdirə bilərlər. Həmçinin yubiley ayı sosial şəbəkələrdə də istifadəçiləri əylənməyə və qiymətli hədiyyələr əldə etmək şansı qazanmağa dəvət edən müsabiqələrlə zəngin olacaq.

“Azercell” bütün abunəçilərini 25 illik yubileyini qeyd etmək və ən son yeniliklərdən xəbərdar olmaq üçün sosial media hesablarını izləməyə dəvət edir:

Facebook: https://www.facebook.com/azercell

Instagram: https://www.instagram.com/azercell/

LinkedIn: https://www.linkedin.com/company/azercell/

TikTok: https://www.tiktok.com/@azercell_official

Twitter: https://twitter.com/Azercell

YouTube: https://www.youtube.com/AzercellAds.

# 1665
avatar

Oxşar yazılar