“Azerçay”dan Novruz lotereyası®
22 mart 2022 15:00 (UTC +04:00)

“Azerçay”dan Novruz lotereyası®

Ölkəmizin ilk milli çay markası olan “Azerçay” öz alıcılarını sevindirməyə davam edir. Doğma çayın bu dəfə “Novruz Tirajı” adı altında bayrama özəl keçirdiyi  lotereyada hədiyyələrin sahibləri müəyyən olunub. Lotereya ərəfəsində “Azerçay”ın 250 qramlıq uduşlu Buket, Klassik, Pekoe və yeni çeşid Gül Bağçası məhsularını alaraq qutunun qapağındakı kodu ad və soyadları ilə birgə Azercell və Bakcell operatorlarından ödənişsiz olaraq 8825-ə göndərən 30 nəfər şanslı müştəri soyuducu qazanıb. 450 qramlıq eyni ceşiddə məhsulları alan müştərilərdən isə  1 nəfər TN A013811 kodunun sahibi Nissan X-Trail markalı avtomobil qazanıb.

Qeyd edək ki, doğma çayın təşkil etdiyi “Novruz Tirajı”nın qalibləri “Azad Azərbaycan” telekanalında canlı yayım vasitəsi ilə baş tutan  lotereyada müəyyən olunub. Nəticələrlə “Azerçay”ın sosial şəbəkə hesablarında və dogmacay.az saytında da tanış olmaq mümkündür.

 

# 1917
avatar

Oxşar yazılar