“AZERÇAY” yeni məhsullarını təqdim edir
10 mart 2021 12:41 (UTC +04:00)

“AZERÇAY” yeni məhsullarını təqdim edir

Doğma çay “Azerçay” yeni sağlamlıq üçün faydalı məhsullarını alıcılarına təqdim
edir. 6 fərqli, bir-birindən özəl bu çaylar həyatınızın bir parçasına çevrilərək,
sağlamlığınızın qeydinə qalmaq üçün xüsusi hazırlanıb.

“Azerçay”ın təbiətdən ilhamlanaraq hazırlanan 100 faiz təbii, hər qurtumunda
yaxşılıq bəxş edən, yeni təbiətin sehri çay seriasından olan çayların ilki “4 fəsil -
immunitet çayı”dır. Bu məhsul vasitəsilə özünüzü hər zaman güclü hiss edib,
zərərli infeksiyalardan qoruna bilərsiniz. Sağlamlığa zərər verən infeksiyalardan
qorunmanın ən təsirli yolu bol vitamin qəbul etməkdir. Mövsümdən asılı
olmayaraq sizi infeksiyalardan qoruyan “Dörd fəsil çayı” vücudunuzu lazımi
vitaminlərlə təmin edir. Bu çay təbiətdən ilhamlanan təbii otlardan istifadə edərək
hazırlanıb.

“Həzm çayı” çayı vasitəsilə özünüzü gümhar, yüngül hiss etmək, gündəlik
sağlamlıq problemi olan şişkinliyi rahatlıqla aradan qaldırmaq mümlündür. Həzmi
asanlaşdırmağa kömək edən bu çay, təbiətin sehri olan faydalı bitkilərlə hazırlanır.

Yeni çay seriasından üçüncüsü olan “Relaks çayı” gün boyu rahatlıq, sakitlik sizi
müşayət etsin deyə hazırlanıb. Bu çayın tərkibindəki təbii azaldıcı maddələr
rahatlığınızın bir zəmanətidir. Bu çay da təbiətdən ilham alaraq hazırlanıb ki,
fincanınızda təbiətin sehrini hiss edə biləsiniz.

Növbəti - “Detoks çağı” bədəni zərərli toksinlərdən təmizləməyə kömək edən təbii
dərmandır. Sağlam və təmiz bədənə sahib olmaq üçün mütəmadi olaraq bu çay
çeşidindən istifadə etməyiniz tövsiyə edilir. Bu çayı bədəninizin təbii dostu da
hesab etmək olar.

Ana südünün təbii yolla artırılması üçün “Azerçay” “Yeni Analar çayı”-nı təqdim
edir. Körpələrin sağlam gələcəyi üçün ana südünü artıran bu faydalı və təbii çayı
yeni analar gündəlik qida rasionlarına əlavə edə bilər.

Qadınların özəl günlərində narahatlıq onlardan uzaq olsun deyə hazırlanan “Özəl
gün çayı” bədəni rahatladır, bədən ağrısını minimuma endirir. Bu çay da digərləri
kimi zərərli kimyəvi üsullarla deyil, təbiətdən ilham alaraq təbii üsullarla
hazırlanıb.

Təbiiliyi sevən, sağlamlığını düşünən, təbiətin dadını duymaq istəyənlər,
“Azerçay”ın təqdim etdiyi bu çaylarla təbiətin sehrinə düşəcək. Məhz, bu çayların
hər qurtumunda yaxşılıq var.

# 2070
avatar

Oxşar yazılar