“Azerçay” üçüncü çay yığımına başlayıb
23 avqust 2021 12:49 (UTC +04:00)

“Azerçay” üçüncü çay yığımına başlayıb

Ölkəmizin çayçılıq ənənələrini dünyanın 40-dan artıq ölkəsində tanıdan doğma çay
“Azerçay”ın istehsalı üçün yetişdirilən məhsulun növbəti – 3-cü yığımına
başlanılıb. Mütəxəssislər tərəfindən mövsüm ərzində keyfiyyətli məhsul
toplanması üçün bütün lazımı aqrotexniki qulluğun göstərilib. Bu ilinə sonuna
sahələrdə aparılacaq işlər nəticəsində gələn il məhsuldarlığın daha da artırılması
nəzərdə tutulub.

Çay yığımı əsasən bir neçə il öncə Masallıda, dəniz səviyyəsindən 800 metr
yüksəklikdə 100 hektarlıq ərazini əhatə edən və müasir suvarma avadanlıqları illə
təchiz edilmiş çay plantasiyasında aparılır. Mütəxəssislər tərəfindən mövsüm
ərzində keyfiyyətli məhsul toplanması üçün bütün lazımı aqrotexniki qulluq
göstərilib.

Bundan əlavə, Lənkəran və Astarada fabriklərin fəaliyyət göstərməsini təmin edən
Şirkətlər Qrupu, “Azerçay” markası üçün çay əkinçiliyi ilə məşğul olan
fermerlərdən çayı yüksək qiymətə satın alaraq onların fəaliyyətinə öz dəstəyini
verir. Ümumilikdə 4 min insanın məşğulluğunun təmin edilməsi ilə yetişdirilən çay
bitkisi fabriklər tərəfindən təhvil alınır ki, nəticədə insanların sosial-rifah halının
yüksəldilməsinə mühim dəstək verilir. İnsanların əsas gəlir mənbəyi sayılan
çayçılığın inkişafı onlar üçün əlavə motivasiya qaynağı olaraq qalır.

Ölkəmizin ən seçilmiş keyfiyyətli çay yarpaqlarını emal edərək yerli bazarla yanaşı
dünya bazarına da təqdim edən 100 faiz təbii Doğma Çay “Azerçay” Azərbaycan
çayının şöhrətini bütün dünyaya yayır və “Made in Azerbaijan” yazısını üzərində
şərəflə daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2481
avatar

Oxşar yazılar