Azərbaycanın valyuta ehtiyatları AÇIQLANDI
18 mart 2022 15:24 (UTC +04:00)

Azərbaycanın valyuta ehtiyatları AÇIQLANDI

0

2022-ci ilin iki ayında ölkənin strateji valyuta ehtiyatları 0,4% və ya 195 mln. ABŞ dolları artaraq 53,4 mlrd. dollarını üstələyib.

Lent.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) bildirib. O cümlədən AMB-nin valyuta ehtiyatları da 1,2% artaraq 7,2 mlrd. ABŞ dollarına yaxınlaşıb.

Qeyd edək ki, bu gün bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,5%-dən 7,75%-ə, faiz dəhlizinin aşağı həddi 6%-dən 6,25%-ə, yuxarı həddi isə 9%-dən 9,25%-ə qədər yüksəldilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2791

Oxşar yazılar