Azərbaycanın əleyhinə məlumat yayan Rusiya saytları bloklana bilər
28 mart 2022 14:28 (UTC +04:00)

Azərbaycanın əleyhinə məlumat yayan Rusiya saytları bloklana bilər

Rusiyanın Azərbaycan mediasına qərəzli münasibəti davam edir. 

Lent.az xəbər verir ki, Rusiyada Azərbaycana məxsus bir neçə xəbər saytına giriş məhdudlaşdırılıb. 

Xatırlaqtmaq yerinə düşər ki, Rusiyada da kifayət qədər Azərbaycanın mənafeyinə zidd məlumatlar yayan informasiya resursları var.

Azərbaycanın mənafeyinə, ərazi bütövlüyünə zidd məlumatlar yayımlayan veb-saytların fəaliyyəti ilə bağlı müvafiq tədbirlər həyata keçirilə bilər.

Bu barədə "APA-Economics"in Azərbaycanın bəzi saytlarına Rusiyada tətbiq edilən məhdudiyyətlər fonunda qarşı tərəfə münasibətdə adekvat addımların atılmasının mümkünlüyü barədə sorğuya cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.

Qeyd olunub ki, ölkə daxilində və xaricində hər hansı saytın fəaliyyətinin məhdudlaşdırılması məsələsi Azərbaycan qanunvericiliyi ilə tənzimlənir.

"Belə ki, həmin resurslarda ölkənin mənafeyinə, ərazi bütövlüyünə zidd, qanunvericiliyinə uyğun olmayan məlumatlar yayımlanarsa, həmin saytların fəaliyyəti ilə bağlı müvafiq tədbirlər həyata keçirilə bilər", - ETX-dən əlavə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1759

Oxşar yazılar