Qısa, orta və uzunmüddətli dövlət qiymətli kağızların buraxılışı nəzərdə tutulur.
Lent.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Maliyyə Nazirliyinə inflyasiya səviyyəsini nəzərə alaraq qısa, orta və uzunmüddətli dövlət qiymətli kağızların buraxılışı istiqamətində lazımi tədbirlər görülməsinə dair tapşırıq verilib.