Azərbaycanda sığorta şirkətləri bu avtomobilləri qəbul etmir? - Sədr DANIŞDI
17 sentyabr 2021 22:11 (UTC +04:00)

Azərbaycanda sığorta şirkətləri bu avtomobilləri qəbul etmir? - Sədr DANIŞDI

Azərbaycanda sığorta şirkətləri bəzi avtomobilləri sığorta etməkdən çəkinirlər.

Lent.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb. İddialara görə, şirkətlər əsasən, “Toyota Prius”, Opel Astra”, “Xazar” və digər avtomobilləri sığorta etməkdə maraqlı deyillər. Buna səbəb kimi həmin avtomobillərin taksi fəaliyyətinə daha çox cəlb olunmaları və qəza törətmələri göstərilir.

İddialar ilə bağlı Lent.az-a açıqlama verə İcbari Sığortalar Bürosunun idarə heyətinin sədri Rəşad Əhmədov bildirib ki, şirkətlərin belə bir haqqı yoxdur və qanun pozuntusudur:

“Sığorta şirkətlərinin müraciət edən müştərinin sığorta təminatlarını verməmək kimi haqları yoxdur, onların belə bir yanaşması ola bilməz. Əgər vətəndaş sığorta ilə bağlı şirkətə müraciət edirsə və şirkət sığorta etdirməkdən boyun qaçırırsa, bu birbaşa qanun pozuntusudur. Bununla bağlı həmin vətəndaş Azərbaycanda sığorta şirkətlərinə nəzarət edən Mərkəzi Banka şikayət etməlidir.

İcbari Sığortalar Bürosu hüquqi şəxslərin ittifaqıdır. Zərərçəkən üçüncü şəxslərin və sığorta müştərilərinin də maraqlarını qoruyan bir qurumdur. Belə bir fakt olarsa, bizə də müraciət edə bilərlər. Məmnuniyyətlə kömək edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7437
avatar

Mehman Nəbiyev

Oxşar yazılar