Son dövrlər artan qəzalar və təbii fəlakətlər səbəbindən dəyən zərərlər avtomobillərin icbari sığortası ilə yanaşı, könüllü sığortasının da (KASKO) zəruri olduğunu ortaya çıxarıb.
Lent.az-ın məlumatına görə, “APA-Economics” bunu nəzərə alaraq hazırda Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin kasko sığortası üzrə təklif etdikləri qiymət və şərtləri araşdırıb.
Sığorta şirkətlərinin verdiyi məlumatlara əsasən, kasko sığortası üzrə qiymətlər avtomobilin istehsal tarixi, bazar qiyməti, azadolma məbləği (franşiza), sürücülük təcrübəsi və bir sıra amillərdən asılı olaraq dəyişir. Müqayisə aparmaq üçün bazar qiyməti 14 min manat olan avtomobil üzrə sığorta şirkətlərinin təklifləri öyrənilib.
Avtomobillərin könüllü sığortası üzrə ən aşağı tarifi “Bakı Sığorta” (2,5%), “Xalq Sığorta” (2,5%) və “Azərbaycan Sənaye Sığorta” (2,6%) təklif edir. “Azərbaycan Sənaye Sığorta” 14 min manatlıq avtomobili 200 manat azadolma məbləği ilə 336 manata, “Bakı Sığorta” və “Xalq Sığorta” isə eyni avtomobili 100 manat franşiza ilə 350 manata sığortalayır.
Ən aşağı təkliflər sırasında 100 manat azadolma məbləği ilə “Günay Sığorta” dördüncü (434 manat), “Atəşgah Sığorta” (485 manat) isə beşinci olub.
Azərbaycan sığorta bazarında kasko sığortası üzrə ən yüksək tarifi isə “İpək Yolu Sığorta” (4,2%), “A-Qroup Sığorta” (3,9%) təklif edir.
Məsələn, “İpək Yolu Sığorta” 14 min manatlıq avtomobili eyni azadolma məbləği ilə 600 manata sığortalayır. “A-Qroup Sığorta” istehsal ili 2009-cu il olan 22 min manatlıq avtomobilin sığortasını 870 manata təklif edir.
“AzSığorta” “Paşa Sığorta” və “Xalq Sığorta” şirkətləri avtomobil sahiblərinə kasko sığortası üzrə sığorta haqqının hissəli ödənişini (sığorta haqqı 3, 5 və 10 aya bölünərək ödənilə bilər) də təklif edir.
Sığorta şirkətlərinin təklif üzrə müəyyən etdiyi azadolma məbləği demək olar ki, eynidir. Bununla belə, şirkətlər bildirirlər ki, 22 yaşdan aşağı və sürücülük təcrübəsi 2 ildən az olan şəxslərin avtomobilini sığortalayan zaman isə azadolma məbləği 150-500 manat arasında arta bilər.
Araşdırma nəticəsində məlum olub ki, sığorta şirkətləri istehsal tarixi 15-20 ildən çox olan avtomobilləri könüllü qaydada sığortalamırlar. Yalnız "Naxçıvansığorta" kasko sığorta üzrə avtomobilin istehsal tarixinə limit təyin etməyib.
Kasko sığortası üzrə təminat verilməyən hallar isə eynidir. Sığorta şirkətləri bildirirlər ki, avtomobilin sərxoş, narkotik vasitələrin təsiri altında idarə edilməsi zamanı və bu kimi digər qanun pozuntularına yol verilməsi nəticəsində baş verən qəzalara görə heç bir təminat verilmir. Bundan əlavə, avtomobilin adı sığorta müqaviləsində qeyd olunmayan şəxslərin idarə etməsi zamanı baş verən hadisələrə görə də təminat verilmir.
Qeyd edək ki, sığorta şirkətləri standart avtomobil sığorta ilə yanaşı, müxtəlif qruplara hədəflənmiş öz kasko paketlərini də sürücülərə təklif edirlər. Sığorta şirkətlərinin təklifləri üzrə tam siyahı isə belədir:
Sığortaçının adı |
Tarif |
Qiymət(manat) |
Azadolma manat |
İstehsal tarixi |
Avtomobilin bazar dəyəri |
“A-Qroup Sığorta Şirkəti” |
3,9% |
870 |
100 |
2009 |
22 min |
“AtaSığorta” |
-
|
- |
- |
- |
- |
“Atəşgah Sığorta” |
3,4% |
485 |
100 |
2003 |
14 min |
“Azərsığorta” |
- |
- |
- |
- |
- |
“Azərbaycan Sənaye Sığorta” |
2,6% |
336
|
200 |
Son 20 il |
12600 |
“AzSığorta” |
3,5% |
500
|
100 |
2006 |
14 min |
“Bakı Sığorta” |
2,5% |
350
|
100 |
Son 15 il |
14 min |
“Günay Sığorta” |
3,1% |
434 |
100 |
2005 |
14 min |
“İpək Yolu Sığorta” |
4,2% |
600 |
100 |
2007 |
14 min |
“Meqa Sığorta” |
3,3% |
464.8
|
100 |
2006 |
14 min |
"Naxçıvansığorta" |
3,5% |
500 |
100 |
Limit yoxdur |
14 min |
“PAŞA Sığorta” |
3,5% |
494 |
100 |
2003 |
14 min |
“Qala Sığorta” |
3,5% |
490 |
100 |
2008 |
14 min |
“Xalq Sığorta” |
2,5% |
550 |
100 |
Son 15 il |
22 min manat |