Azərbaycanda  "JEK"lər   ləğv olunur
20 dekabr 2021 13:35 (UTC +04:00)

Azərbaycanda "JEK"lər ləğv olunur

2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında ölkədə mənzil kommunal istismar sahələrinin ləğvi yer alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu "Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri"nin 2017-2021-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransında çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, yeni strategiyada ümumiyyətlə mənzil təsərrüfatının islahatı ilə bağlı məsələlər nəzərdə tutulur ki, bu məsələ də ora daxildir.

"Bunlar addım-addım icra olunacaq. Hazırda strategiya hökumətdə müzakirədədir. Ümumi şəkildə deyə bilərəm ki, mənzil təsərrüfatının islahatı ilə bağlı əlbəttə davamlı islahatlardır və yeni strategiyada da nəzərdə tutulur", - V. Qasımlı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4146
avatar

Oxşar yazılar