Azərbaycanda hansı yollar buz bağlayıb? - SON VƏZİYYƏT -YENİLƏNİB
25 fevral 2021 09:51 (UTC +04:00)

Azərbaycanda hansı yollar buz bağlayıb? - SON VƏZİYYƏT-YENİLƏNİB

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı vəziyyət barədə açıqlama yayıb.

Lent.az açıqlamanı təqdim edir:

 

Bakı - Quba - Rusiya ilə dövlət sərhədi

Yağıntı yoxdur, Siyəzən, Şabran, Quba və Qusar qaryonları ərazisində 8-10 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 15-18 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq qum-duz səpilmişdir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Giləzi - Xızı

Yağıntı yoxdur, 10-12 dərəcə şaxta var. Yol boyu duz-qum qarışığı səpilmişdir. Nəqliyyatın hərəkəti təmin olunub.

 

Bakı - Qobustan

Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 8-9 dərəcə şaxta var. Yolun bəzi hissələrində buzlaşma əmələ gəlmiş, səhər saatlarından başlayaraq qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Qobustan - Şamaxı - Muğanlı

Yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 7-8 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hisslərinə, o cümlədən körpülərə, sərt əyrilərə və mailliyi çox olan sahələrə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Muğanlı - Ağsu - Yevlax

Yağıntı yoxdur, Muğanlı ərazisində 7-8 dərəcə, Ağsu rayonu ərazisində 3-5 dərəcə şaxta var. Gecə saatlarında yolun Muğanlı-Ağsu hissəsinə zəif qar yağmış, səhər saatlarından başlayaraq yolun buz bağlamış hisslərinə, o cümlədən əyrilərə, sərt döngələrə və mailliyi çox olan sahələrə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Bakı - Ələt - Hacıqabul

Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Hacıqabul - Ucar - Yevlax

Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Yevlax - Gəncə - Qazax - Gürcüstan ilə dövlət sərhədi

Yağıntı yoxdur. Qazax rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

Muğanlı - İsmayıllı

Yağıntı yoxdur, 9-10 dərəcə şaxta var. Gecə saatlarında zəif qar yağmış, yolun meşə zolağından keçən hissələrində güclü buzlaşma əmələ gəlmişdir. Gecə saatlarından başlayaraq yolun buz bağlamış hisslərinə, o cümlədən əyrilərə, sərt döngələrə və mailliyi çox olan sahələrə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

İsmayıllı - Qəbələ - Oğuz- Şəki

Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 9-10 dərəcə, Qəbələ, Oğuz və Şəki rayonları ərazisində 6-7 dərəcə şaxta var. Keçən gün ərzində marşrut boyu zəif qar yağmış, gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Şəki - Qax - Zaqatala - Gürcüstan ilə dövlət sərhəd

Marşrut boyu yağıntı yoxdur, 4-8 dərəcə şaxta var. Keçən gün ərzində marşrut boyu zəif qar, Qax rayonu ərazisinə güclü qar yağmışdır. Gecə saatlarında şaxta çox olduqundan yolda buzlaşma əmələ gəlmişdir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Yevlax – Şəki (Göybulaq)

Yağıntı yoxdur, Şəki rayonu ərazisində 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Gəncə - Daşkəsən - Xoşbulaq

Yağıntı yoxdur, 8-9 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

Şəmkir - Gədəbəy

Yağıntı yoxdur, 11-13 dərəcə şaxta var. Yasamal aşırımında yollar açıqdır. Şəmkir rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

Ələt – Astara – İran ilə dövlət sərhədi

Astara rayonu ərazisində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

 

Masallı – Yardımlı

Masallı rayonu ərazisində yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Yardımlı rayonu ərazisində zəif qar yağır, 9-10 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum dus səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin təmin olunub.

 

Lənkəran – Lerik

Lənkəran rayonu ərazisində yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Lerik rayonu ərazisində zəif qar yağır, 9-10 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum dus səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin təmin olunub.

 

Hacıqabul – Bəhramtəpə – Horadiz

Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

24 fevral saat 17:31

Azərbaycan Respublikasının əsas avtomobil yollarının vəziyyəti açıqlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a bildirilib ki, Bakı - Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda hazırda marşrut boyu yağıntı yoxdur. Quba-Qusar ərazisində 5-7 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 8-10 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Giləzi – Xızı yolunda hazırda zəif qar yağır, 5-8 dərəcə şaxta var. Yol boyu duz-qum qarışığı ilə səpilmə işləri həyata keçirilmişdir. Nəqliyyatın hərəkəti təmin olunub.

Bakı – Qobustan yolunda zəif qar yağır, gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda 3-4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan – Şamaxı – Muğanlı avtomobil yolunda qar yağır, gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda 2-3 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı – Ağsu – Yevlax yolunda zəif qar yağır, gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Muğanlı ərazisində və Ağsu dolaylarında 4-5 dərəcə şaxta var. Yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı – Ələt – Hacıqabul magistralında yağıntı yoxdur, yolun Bakı-Ələt hissəsində buz bağlamış hissələrə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Ucar – Yevlax  yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax – Gəncə – Qazax – Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunun Yevlax-Qazax hissəsində zəif qar yağır. 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı – İsmayıllı yolunda zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun kənarlarında qarın qalınlığı 20-25 sm təşkil edir. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilib. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı – Qəbələ – Oğuz – Şəki yolunda marşrut boyu hazırda zəif qar yağır. Yolun İsmayıllı-Qəbələ hissəsində 4-5 dərəcə şaxta var. İsmayıllı rayonu ərazisində qarın qalınlığı 10-15 sm, Qəbələ rayonu ərazisində 12-15 sm, Oğuz rayonu ərazisində isə 2-4 sm təşkil edir. Gün ərzində yol qardan təmizlənmiş, yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhəd yolunda zəif qar yağır, yolda qar yoxdur, 2-3 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax – Şəki (Göybulaq) yolunda da zəif qar yağır, yolda qar yoxdur, 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə – Daşkəsən – Xoşbulaq yolunda zəif qar yağır, 1-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəmkir – Gədəbəy yolunun Gədəbəy ərazisində hazırda yağıntı yoxdur. Şəmkir ərazisində zəif qar yağır. Yasamal aşırımında qarın qalınlığı 2-3 sm təşkil edir. 1-2 dərəcə şaxta var. Hazırda duz-qum səpilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədi yolunun Masallı rayonu ərazisində sulu qar, Lənkəran rayonu ərazisində zəif qar və Astara rayonu ərazisində güclü qar yağır, şaxta 2 dərəcə təşkil edir. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Masallı – Yardımlı yolunun Masallı rayonu ərazisində sulu qar, Yardımlı rayonu ərazisində güclü küləklə müşahidə olan qar yağır. Yardımlı rayonu ərazisində 9-10 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Lənkəran – Lerik yolunun Lənkəran rayonu ərazisində zəif qar yağır, 3-5 dərəcə şaxta var. Lerik rayonu ərazisində güclü küləklə müşahidə olan qar yağır. Lerik rayonu ərazisində 7-8 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Hacıqabul – Bəhramtəpə – Horadiz yolunun İmişli rayonu ərazisindən keçən hissəsinə zəif qar yağır, hazırda yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

# 3579
avatar

Oxşar yazılar