Azərbaycanda bu məhsullar SİYAHIYA ALINACAQ
24 iyun 2022 19:26 (UTC +04:00)

Azərbaycanda bu məhsullar SİYAHIYA ALINACAQ

Azərbaycan Respublikasının ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının siyahısı hazırlanacaq.

Lent.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti dörd ay müddətində Azərbaycan Respublikasının ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2271
avatar

Oxşar yazılar