Azərbaycana koronavirusla mübarizə üçün 250 milyon ayrıldı
07 iyul 2021 15:25 (UTC +04:00)

Azərbaycana koronavirusla mübarizə üçün 250 milyon ayrıldı

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın COVID-19 pandemiyasının mənfi sağlamlıq, sosial və iqtisadi təsirlərini azaltmaq üçün hərtərəfli planının həyata keçirilməsinə kömək məqsədi ilə Azərbaycan hökumətinə 250 mln. ABŞ dolları həcmində kredit xəttini təsdiqləyib.

Lent.az bildirir ki, bu barədə bankın açıqlama yayıb.

AİB-in prezidenti Masatsuqu Asakava bildirib ki, COVID-19 pandemiyasının davam edən təsirləri Azərbaycanın iqtisadiyyatı yaxşılaşdırmaq və yoxsulluğu azaltmaq üçün əldə etdiyi əhəmiyyətli irəliləyişə təhdiddir.

"AİB Azərbaycanı dəstəkləməyə tam sadiq qalır və bu proqram hökumətə pandemiya ilə mübarizə tədbirlərini davam etdirməyə, yoxsul və həssas insanları qorumağa və iqtisadi bərpa üçün zəmin yaratmağa kömək edəcək", - deyə AİB-in prezidenti qeyd edib.

Kredit AİB-in Kontraktiklik Dəstək Müəssisəsi nəzdində COVID-19 pandemiya cavab seçimi (CPRO) vasitəsi ilə maliyyələşdirilir. CPRO inkişaf etməkdə olan üzv ölkələrin pandemiyaya cavabı üçün AİB-in 20 mlrd. dollarlıq genişləndirilmiş yardımının bir hissəsi olaraq yaradılıb.

Hazırda Asiya İnfrastruktur İnvestisiya Bankı, CAREC Proqramı ilə birlikdə hökumətin pandemiya reaksiyasını dəstəkləmək üçün İdarə Heyətinin təsdiqinə əsasən 100 mln. dollarlıq birgə maliyyələşdirmə kreditinin ayrılması üzərində çalışır.

Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 5,2 mlrd. dollardan çox vəsait ayırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1908
avatar

Oxşar yazılar