Gömrükdə ələ keçirilən dərmanlar
14 iyun 2021 15:29 (UTC +04:00)

Gömrükdə ələ keçirilən dərmanlar

Azərbaycana gizli dərman gətirmək istəyi baş tutmadı - FOTO

"Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn "Ford Cargo" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı avtomobilin yük yerində, diri cücə yüklərinin arasında gömrük nəzarətindən gizlədilən 57 140 həb, 2254 ampula, 402 flakon, 20 ədəd gel, 10 ədəd sprey və 65 ədəd şüşə qablaşdırmada olan müxtəlif adda dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 1191
avatar

Mehman Nəbiyev

Oxşar yazılar