Azərbaycan Rusiya təyyarələrinə həbs qoyub? - RƏSMİ CAVAB  -YENİLƏNİB
23 mart 2022 17:48 (UTC +04:00)

Azərbaycan Rusiya təyyarələrinə həbs qoyub? - RƏSMİ CAVAB -YENİLƏNİB

1

"Azərbaycan Rusiya aviakompaniyalarına məxsus təyyarələri həbs etməyib".

Lent.az xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, martın 22-də Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı səsləndirdiyi məlumat təsadüfən səslənən səhv olub:

“Azərbaycanda Rusiya aviaşirkətlərinin təyyarələri həbs edilməyib. Bu məlumat təsadüfi səhv olub. Azərbaycan Respublikasından olan həmkarlarımızdan üzr istəyirik”, deyə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

 

***

12:04

 

 

Rusiya Federasiyası Nəqliyyat Nazirliyi tərəfindən Azərbaycanda Rusiya təyyarələrinin həbs edilməsi barəsində verilmiş açıqlama həqiqəti əks etdirmir və təəccüb doğurur.

Lent.az Trend-ə istinadən bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Azərbaycanda Rusiya Federasiyasına məxsus təyyarələr üzərində həbs qoyulmayıb.

"Rusiyanın aidiyyəti təşkilatlarını həqiqəti əks etdirməyən bu məlumatı təkzib etməyə çağırırıq", - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 12329

Oxşar yazılar