Böyük Britaniya hökuməti Rusiya Federasiyası vətəndaşlarına qarşı sanksiyaları genişləndirib. Rusiyadan daha 206 iş adamı və siyasətçini, habelə onların ailə üzvlərini sanksiyalar siyahısına əlavə edin.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, “qara siyahı”ya düşənlər arasında Azərbaycan əsilli daha bir iş adamı Fərhad Əhmədov da var.
Bundan başqa, Rusiya prezidenti Vladimir Putinin köməkçisi Andrey Fursenko və xarici işlər nazir Sergey Lavrovun həyat yooldaşı da “qara siyahı”ya düşüblər.
***
15:05
Böyük Britaniya hakimiyyəti Rusiyada sanksiyalar tətbiq edilən fiziki və hüquqi şəxslərin siyahısını genişləndirib.
Lent.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hazırda “qara siyahı”da daha 206 fiziki və hüquqi şəxs var. Sanksiyaya məruz qalanlar arasında Ukrayna müxalifətinin “Həyat naminə platforma” partiyasının rəhbəri Viktor Medvedçuk, “Lukoyl”un həmtəsisçisi Vagit Ələkbərov və “Rusiya Dəmir Yolları”nın keçmiş rəhbəri Vladimir Yakunin də var.