Azərbaycan Beynəlxalq Bankı ev sahibi olmaq istəyənlər üçün çox sərfəli imkan yaradıb. İndi hər kəs arzusunda olduğu mənzilləri, fərdi yaşayış evlərini Bankın təklif etdiyi daxili kredit şərtlərindən faydalanmaqla çox asanlıqla əldə edir.
Mənzil və ya fərdi yaşayış evlərinin alınması üçün kreditin şərtləri:
- Maksimal məbləğ: 300.000 manatadək
- Müddət: 20 ilədək
- İllik faiz dərəcəsi: 10%-dən başlayaraq
- İlkin ödəniş: 15%-dən başlayaraq
Bankın müştərisi olmayan şəxslərə də kredit şərtlərindən yararlanmaq imkanı yaradılır. Daxili ipoteka krediti yalnız Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yerləşən əmlaklara ayrılır. Kreditin rəsmiləşdirilməsi prosedurları çox sadədir. Tələb edilən sənədlərin sayı azdır. Hər bir Azərbaycan Respublikası vətəndaşı şəxsiyyət vəsiqəsini, bank hesabından çıxarışı və ya Elektron Hökumət Portalından arayışı təqdim etməklə bu kredit imkanından faydalana bilər. Məhsul haqqında daha ətraflı məlumatı buradan əldə etmək mümkündür.
Bankın İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: “Azərbaycan Beynəlxalq Bankı universal bank olaraq müştərilərin ən müxtəlif ehtiyaclarını təmin edir. Yeni kredit məhsulumuz müştərilərimizə öz mənzil şəraitlərini yaxşılaşdırmaq imkanı verəcək. Bu məhsul tikinti sektorunda da canlanma yaradacaq”.