Azərbaycan Beynəlxalq Bankı “Yaz fürsəti”nin müddətini uzatdı
01 aprel 2021 11:20 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankı “Yaz fürsəti”nin müddətini uzatdı

Azərbaycan Beynəlxalq Bankı müştərilərə eyni vaxtda Bankın bir neçə məhsulları üzrə xüsusi imtiyaz və endirimlər təklif edən “Yaz fürsəti” kampaniyasının müddətini uzadıb. Müştərilər indi aprelin 30-dək bu kampaniyanın üstünlüklərindən faydalana bilərlər. Təklif edilən şərtlər budur:

“Yaz fürsəti” kampaniyası çərçivəsində müştərilər TamKart kredit kartını pulsuz əldə edərək kredit faizinə endirim qazana bilərlər. Kredit 18%-dən başlayan illik faiz dərəcəsi ilə, 48 ay müddətinə, 30 000 manatadək təklif edilir.

Eyni kampaniya çərçivəsində Bankın TamKart debet  kartlarını 50% endirimlə əldə etmək olar. Kartları həm Bankın filiallarında, həm də rəsmi internet səhifəsində onlayn sifariş vermək mümkündür.

Nağdsız ödənişlərindən millər toplayıb pulsuz səyahət imkanı qazanmaq istəyənlər da Azərbaycan Beynəlxalq Bankının “Yaz fürsəti” kampaniyasından faydalana bilərlər. Belə ki, Bankın belə bir imkanı yaradan IBA Miles kartları indi müştərilərə endirimli  qiymətlə təklif edilir. Müştərilər aprelin 30-dək IBA Miles kartlarını onlayn sifariş əsasında 30% güzəştlə əldə edə bilərlər. Üstəlik, kart onlayn sifariş edildikdə müştərinin ünvanına pulsuz çatdırılır. “Yaz fürsəti” kampaniyasının sadalanan imtiyazlarından indi hər kəs faydalana bilər. Kampaniya barədə daha ətraflı: https://ibar.az/yazfurseti

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1332
avatar

Oxşar yazılar