Azərbaycan Beynəlxalq Bankı brend kimliyini yenilədi! -  VİDEO
07 iyul 2021 17:07 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankı brend kimliyini yenilədi! - VİDEO

Bankımız bundan sonra fəaliyyətini qısaldılmış adı - “ABB” brend kimliyi altında davam etdirəcək.

 

Yenilənmiş brend kimliyimizlə xidmətinizdəyik!

ABB brendi Bankımızın 30 illik təcrübə və ənənələrinə, qazandığımız inama əsaslanır. Biz markamızla birgə iş metodlarımızı, transformasiya tempimizi də dəyişirik. Brend kimliyimizi bazar trendlərinə, müştərilərimizin ehtiyaclarına, yeni biznes imkanlarına uyğun gücləndiririk.

Brendin yenilənməsi ilə əlaqədar olaraq Brend mərkəzi yaradılıb. Burada yeni brendin istifadə qaydaları və yeni loqotipin fəlsəfəsi izah edilib. Yeni loqotipimizin xarici kəskin künclərinin yumşaldılması və qapalı elementlərinin aradan qaldırılması dinamikliyi və açıqlığı əks etdirir. Ənənəvi şəbəkə elementi isə brendimizin qloballığını və genişmiqyaslı fəaliyyətini ifadə edir.

Brend mərkəzini ziyarət et

Bu yenilik münasibətilə xüsusi videoçarx da hazırlanmışdır. Videoçarx Bankdakı transformasiya proseslərinin davamlılığını, Bankın çoxçeşidli məhsul və xidmətlərini və son 30 ildə loqotiplərindəki dəyişikliklərin retrospektivini nümayiş etdirir. Bu, bizim dəyişiklik hekayəmizdir! 

Azərbaycan Beynəlxalq Bankı brend kimliyini yenilədi!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1524
avatar

Oxşar yazılar