Azərbaycan Beynəlxalq Bankı brend kimliyini yenilədi!
07 iyul 2021 13:31 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankı brend kimliyini yenilədi!

Azərbaycan Beynəlxalq Bankı özünün yenilənmiş brendini ictimaiyyətə təqdim edib. Bank bundan sonra fəaliyyətini qısaldılmış adı - “ABB” brend kimliyi altında davam etdirəcək. Brend kimliyinin yenilənməsi qərarı maliyyə qurumunun apardığı məqsədyönlü transformasiya prosesinin növbəti addımıdır. 

Son bir neçə ildə ABB-də genişmiqyaslı transformasiya layihələri reallaşdırılır. Bu layihələr sayəsində biznes-modelinin yenilənməsi, rəqəmsallaşma, müştəri xidmətinin mükəmməlləşdirilməsi, texnologiyaların inkişafı, istedadların cəlbi və yetişdirilməsi istiqamətində mühüm nəticələr əldə edilməkdədir. İndi isə Bankın həm keçmiş nailiyyətlərini, həm də gələcəyə strateji baxışını vahid ad altında bir araya gətirmək zamanıdır.

Brendin yeni atributları ABB-nin 30 illik təcrübəsinə, ənənələrinə, yaratdığı inama əsaslanır. Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Brend kimliyimizi bazar trendlərinə, müştərilərimizin ehtiyaclarına, yaranmış yeni imkanlara uyğun gücləndiririk. Yeni loqotipimizin xarici kəskin künclərinin yumşaldılması və qapalı elementlərinin aradan qaldırılması dinamizmi və açıqlığı göstərir. Ənənəvi şəbəkə elementi isə brendimizin qloballığını və genişmiqyaslı fəaliyyətini ifadə edir”. 

Bankın sloqanı da yenilənib. Sloqandakı “Müasir, Faydalı, Universal” kəlmələri müştərilərə və tərəfdaşlara təqdim olunan dəyərləri vurğulayır.

İctimaiyyət və KİV tərəfindən yeni brenddən istifadə normalarını təmin etməkdən ötrü Bankın veb səhifəsində Brend Mərkəzi yaradılıb. Brend Mərkəzinin müvafiq bölmələrində yeni brendin istifadə qaydaları təqdim olunub. Eyni zamanda yeni loqotipin fəlsəfəsi izah edilib.  Brendin yenilənməsi ilə əlaqədar olaraq Bank geniş reklam kampaniyasına başlayıb. Bununla bağlı çöl reklamlarında və xidmət ofislərinin fasadlarında aparılan dəyişikliklər ilin sonuna qədər tam başa çatdırılacaq.

Bu əlamətdar hadisəyə reklam çarxı da həsr olunub. Videoçarx Bankdakı transformasiya proseslərinin davamlılığını, Bankın çoxçeşidli məhsul və xidmətlərini və son 30 ildə loqotiplərindəki dəyişikliklərin retrospektivini nümayiş etdirir. Videoçarxı buradan izləyə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2265
avatar

Oxşar yazılar